15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏMAS-da məzuniyyət əmri ilə bağlı daha bir yenilik

Məzuniyyət əmrlərinin Əmək və məşğulluq altsistemi (ƏMAS) üzərindən formalaşdırılması funksionallığı işəgötürənlərə kadr kargüzarlığının elektron sistem üzərindən aparılması imkanı yaradır.

Bu barədə “vergiler.az”a Dövlət Əmək Müfəttişliyi Xidmətinin Risklərin idarəedilməsi və elektron audit şöbəsinin müdir müavini, ƏMAS-a nəzarət sektorunun müdiri Aynurə Tağıyeva məlumat verib.

Qeyd edək ki, indiyədək məzuniyyət günlərinin avtomatik hesablanması səbəbindən məzuniyyət əmrini yalnız beşgünlük iş rejimi üzrə hazırlamaq mümkün olurdu. ƏMAS altsisteminə daxil edilən yeni funksiya sayəsində altıgünlük və digər rejimlərdə çalışanlar da artıq elektron məzuniyyət əmrindən istifadə edə biləcəklər. Məzuniyyət günlərinin altsistemə əllə daxil edilməsi üçün xüsusi pəncərə yaradılıb. Həmin pəncərəni aktiv etməklə məzuniyyət günlərinin bitmə və işçinin işə başlama tarixlərini də qeyd etmək mümkün olacaq.

Dəyişikliyin məqsədinə gəlincə, A.Tağıyeva bildirib ki, yeni funksionallıq kağız üzərində həyata keçirilən əməliyyatların elektron sistem üzərindən aparılması, elektron kadr kargüzarlıq sisteminin yaradılmasına imkan verir. Bununla işçilərin də öz məzuniyyət əmrlərinə baxmaq imkanı olacaq.

“Bir çox hallarda işçilər kadr kargüzarlığına daxil olan əmrlərlə tanış ola bilmirdilər. Ancaq elektron sistemə daxil edildikdə işçi öz imzası ilə giriş edərək ƏMAS-dan məzuniyyət, xitam əmrlərini və digər sənədləri əldə edə biləcək. Eyni zamanda, işəgötürənlər üçün elektron kargüzarlıq sisteminin yaradılması üstünlükdür. Bu, bütün əmrlərin vahid mənbədən əldə edilməsinə imkan yaradır. ƏMAS həm işçilər, həm də işəgötürənlər üçün sənədlərin daha əlçatan olmasına imkan verir”, – A.Tağıyeva əlavə edib.

Sektor müdiri gələcəkdə bütün növ əmrlərin, ərizələrin ƏMAS üzərindən aparılmasının planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda kadr kargüzarlığına daxil olan digər əmr və ərizələrin də sistem üzərindən formalaşdırılması nəzərdə tutulub. 2024-cü il ərzində ezamiyyə, məzuniyyətlə bağlı digər əmrlər, eyni zamanda əmək müqaviləsinə xitam verilməsi, işdən azad olma və digər əmrlərin də sistemdə formalaşdırılması gözlənilir.

Fərqanə ALLAHVERDİQIZI

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?