7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Əmək qanunvericiliyinin praktiki izahı” kitabının 4-cü nəşri çap olunub

Qloballaşan dünyada texnoloji proseslərin sürətli inkişafı qanunvericilik aktlarının da dövrün tələblərinə uyğunlaşdırılmasını tələb edir. Bu baxımdan digər qanunvericilik aktları kimi əmək qanunvericliyinə də dövri olaraq müəyyən dəyişikliklər və əlavələr edilir. Əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilovun müəllifi olduğu “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı yenidən nəşr olunub.

Kitabda əmək qanunvericliliyinə edilmiş son əlavə və dəyişikliklər əks olunub. Yeni nəşrdə Əmək Məcəlləsinin ayrı-ayrı maddələri izah edilməklə yanaşı, bu sahəyə dair, demək olar ki, bütün qanunvericilik aktları praktiki şəkildə, nümunələr əsasında izah olunub. Kitabda 100-dən artıq qanunvericilik aktına istinad edilib. Qeyd edək ki, peşəkar mühasib sertifikatı imtahanına hazırlaşan mühasiblər imtahan proqramına uyğun sualların izahını bu kitabda tapa bilərlər.

Kitabda 400-dən artıq nümunə, əmr, ərizə, protokol əsasında proseslər izah edilib. 20 fəsil və 605 səhifədən, 400-dən artıq praktiki nümunə və 100-dən artıq sənəd formalarından (əmr, ərizə, protokol v.s.) ibarət kitab insan resursları mütəxəssisləri və menecerləri, mühasiblər və payroll mütəxəssilər, vergi mütəxəssisləri, auditorlar, eləcə də işçi və işəgötürənlər üçün nəzərdə tutulub.

Kitabı əldə etmək üçün +994 55 466 65 50 nömrəsinə yaza və ya zəng edə bilərsiz. Satın alınmış kitab sifarişçilərə bütün ölkə daxilində ödənişsiz çatdırılır.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?