31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkədaxili nağdsız əməliyyatların həcmində müsbət dinamika var

2023-cü ilin dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 360 min ədəd artaraq 16 milyon 925 min ədəd təşkil edib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 24,2 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 24,6 faiz, kredit kartları üzrə 21,5 faiz təşkil edib. 2022-ci ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 122 min, kredit kartları 393 min, digər kartlar isə 2,7 milyon ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb. 2023-cü ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5,798 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4,801 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 987 milyon manatı POS-terminallar, 9 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib. 2023-cü ilin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 55,6 faizini təşkil edib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?