11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Stanislav Mitraxoviç: “COP29 Azərbaycana yaşıl texnologiyalara investisiya cəlb etmək imkanı verəcək”

Azərbaycan COP29 çərçivəsində ekoloji davamlılıq üçün vacib olan müzakirələr və tədbirlərin inkişafında əsas rol oynaya bilər.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına rusiyalı iqtisadçı, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin elmi işçisi Stanislav Mitraxoviç məlumat verib.

Ekspert konfransın iqlim dəyişikliyi ilə mübarizədə çox mühüm mərhələyə çevriləcəyi qənaətindədir: "Bu, bir daha Azərbaycanı qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş kimi təqdim edir”.

O vurğulayıb ki, Azərbaycan qarşıdan gələn konfransda dünyada iqlim gündəliyinə müxtəlif yanaşmalar arasında vasitəçi rolunu oynayacaq.

S.Mitraxoviçin sözlərinə görə, COP29 həm də Azərbaycana yeni ekoloji məqsədlərə nail olmaq üçün yaşıl texnologiyalara investisiya cəlb etmək imkanı verəcək.

“Azərbaycan böyük karbohidrogen istehsalçısı və ixracatçısıdır, bu istiqamətdə islahatlar daha əhəmiyyətli ola bilər. Bakı konfransın təşkilində özünün çoxşaxəli potensialından istifadə imkanlarına sahibdir”, - o əlavə edib.

Ekspert vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi respublika üçün enerji keçidi məsələsində öz nailiyyətlərini nümayiş etdirmək baxımından əvəzsiz şans olacaq.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?