14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstehlakçılar ölçmə vasitələrinin dəqiqliyini QR kod vasitəsilə yoxlaya biləcəklər

Rəqabət qurumunun şəffaflıq və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində fəaliyyət üzrə keyfiyyət portalının yaradılması başa çatmaq üzrədir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2023-cü ildə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, portal akkreditasiya edilmiş, uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin tam rəqəmsallaşdırılmasına təkan verəcək və bütün sertifikatlar QR kodlarla təqdim olunacaq.

“Artıq ölkənin istehlak bazarında, misal olaraq, “Araz” supermarketlər şəbəkəsində istifadə olunan bütün ölçmə vasitələrinin üzərinə QR kodlar vurulub. Bu, Azərbaycan Metrologiya İnstitutu tərəfindən ötən ilin sonundan tətbiq edilən bir yanaşmadır. İstehlakçı QR kodu oxutmaqla ölçmə vasitəsinin (tərəzi və yaxud digər elektron ölçmə vasitəsi) sertifikatının nə zaman və hansı qurum tərəfindən yoxlanıldığı barədə məlumat əldə edə bilər. Bu, istehlakçıda aldığı məhsulun çəkisinə tam dəqiqliklə riayət olunduğuna əlavə əminlik yaradır. 2024-cü ildə bu yanaşma yanacaqdoldurma məntəqələrində və s. sahələrdə də tətbiq olunacaq”, - deyə M.Abbasbəyli qeyd edib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?