17 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tikintidə çalışan işçilər sığortalanacaq

Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Beynəlxalq Sığorta Forumunda bildirib ki, Azərbaycanın sığorta bazarına yeni sığorta məhsullarının gətirilməsi istiqamətində işlər aparılır. Yeni məhsullardan bəziləri haqqında məlumat verən İ.Alışovun sözlərinə görə, sığorta şirkətləri həkimlərin peşə məsuliyyətinin sığortasını həyata keçirəcək, bundan başqa, sığorta agentlərinin də məsuliyyəti sığortalanacaq.

Şirkətlər üçün hazırlanan yeni sığorta məhsullarından biri də riskləri ilə daim diqqət çəkən tikinti sektoruna aiddir. Palata rəsmisinin sözlərinə görə, inşaat sektorunda çalışan işçilərin icbari sığortası da yeni məhsullar sırasındadır. Həmin sığorta məhsulu bazara daxil olarsa, tikinti şirkətlərində rast gəlinən bir sıra neqativ hallar, o cümlədən işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsi daha da aktuallaşacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatası saxlanc yerlərində müvəqqəti saxlanan malların icbari sığortasını da təklif edib. Nəzarət-buraxılış məntəqələrində, gömrük məntəqələrində və digər saxlanc ərazilərində saxlanılan sahibkarlara məxsus malların sığortalanmasına nail olmaq üçün işlər aparılır.

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?