23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fevral ayındakı növbəti hərraclara 57 əmlak çıxarılıb

Fevral ayındakı növbəti hərraclara 57 əmlak çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevral ayında keçiriləcək hərraclara çıxarılan əmlakların sayı çox, çeşidi müxtəlifdir.

Xidmətdən verilən məlumata görə, fevralın 2-də təşkil olunacaq hərraca Azərbaycan Beynəlxalq Bankına məxsus 6 əmlak çıxarılıb. Bunlardan 1-i mənzil, 2-si torpaq sahəsi, 3-ü isə qeyri-yaşayış sahəsidir.

Fevralın 6-da keçiriləcək hərraca isə 2 avadanlıq, 49 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin istehsal tarixi 1992-2014-cü illər arasında, start qiyməti 675-22 000 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.

Hərracda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu almaq olar.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması