22 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mehmet Emir Aksoy: “Ekoloji gündəliyə sadiqlik Azərbaycanın nüfuzlu oyunçu rolunu daha da genişləndirəcək”

“Azərbaycanın 2024-cü ilin noyabrında COP29 iqlim dəyişikliyi konfransına ev sahibliyi etməsi ilə bağlı yekdil qərar ölkənin bu sahədə ciddi addımlar atmağa sadiq olduğunun mühüm göstəricisidir”. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına türkiyəli alim, siyasi elm, iqtisadiyyat və beynəlxalq əlaqələr üzrə ekspert Mehmet Emir Aksoy deyib.

"Bu mötəbər tədbirin Bakıda keçirilməsi hökumətin iqlim dəyişikliyi ilə bağlı mühüm strategiyasını nümayiş etdirir. Ölkə aktual ekoloji problemləri həll etmək və iqlim dəyişikliyinin təsirlərinin azaldılması üçün davamlı həll yolları tapmaq sahəsi üzrə əla imkan əldə edəcək. Ekoloji gündəliyə sadiqlik Azərbaycanın dünya səhnəsində fəal və nüfuzlu oyunçu rolunu daha da genişləndirəcək", - ekspert bildirib.

M.E.Aksoyun sözlərinə görə, Azərbaycanın iqlim sammitinə ev sahibliyi ölkənin regional liderlik imkanlarını və müsbət imicini gücləndirəcək: “Son illərdə Türk Dövlətləri Təşkilatının toplantılarına ev sahibliyi edən Azərbaycan alternativ diplomatiya elementlərindən fəal istifadə etməklə qarşıdakı illərdə regionda daha böyük üstünlük əldə edəcək. Tezliklə Azərbaycan böyük və müstəqil iqtisadiyyatı, güclü diplomatiya və inkişaf etmiş mədəniyyəti ilə Asiya və Avropanın parlaq ulduzuna çevriləcək”.

Tamilla MƏMMƏDOVA

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?