14 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda çəltik istehsalı artıb

Azərbaycanda çəltik istehsalı ötən mövsümlə müqayisədə artıb. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına "Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Rövşən Əliyev bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə ölkədə 5000 hektara yaxın ərazidə çəltik əkilib. Bu isə ötən ildəkindən təqribən 300 hektar çoxdur: “Əkin sahələrinin subsidiyalaşdırılmasında yenilik oldu. Təkrar çəltik əkinlərinə görə dövlət tərəfindən hər hektar üçün 100 manat subsidiyanın verilməsi Mil-Muğan rayonlarında əkin sahələrinin çoxalmasına səbəb oldu”. Keçən mövsümə nisbətən əlavə 150 hektara yaxın sahədə, ümumilikdə isə 1045 hektar ərazidə təkrar çəltik əkini aparılıb”.

Yazda havanın soyuq və yağmurlu keçməsinin Lənkəran-Astara bölgəsində əkini bir qədər gecikdirdiyini deyən R.Əliyev əlavə edib ki, 2022-ci ildə 11 min ton, 2023-cü ildə isə 15 040 ton çəltik məhsulu yığılıb: “4000 ton artıq məhsul yığılıb, məhsuldarlıq hər hektar üçün 35,6 sentner təşkil edib. Su çatışmazlığı səbəbindən Masallı-Lənkəran bölgəsində 200 hektardan artıq sahə, ümumilikdə isə təxminən 270 hektar sahə biçilməmiş qalıb. Əgər bu ərazilərdən də məhsul yığılsaydı, 2023-cü ildə nəticə 18-20 min ton olardı”.

R.Əliyev qeyd edib ki, 2023-cü ildə Astara, Masallı, İmişli, Kürdəmir, Salyan, Ucar, Yevlax, Zərdab və s. daxil olmaqla, ümumilikdə 11 rayon çəltik əkini ilə məşğul olub.

İlhamə İSABALAYEVA

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?