8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrar Sığorta Fondu fermerləri meyvə bağlarını şaxtavurmadan sığortalamağa çağırır

Son günlər hava şəraitinin kəskin dəyişməsi, bütün ölkə ərazisində qar yağması və temperaturun aşağı düşməsi kənd təsərrüfatına, o cümlədən meyvə bağlarına da ciddi təsir edir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, fermer və təsərrüfat sahibləri dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə meyvə bağlarını digər risklərlə yanaşı, şaxtavurma (donvurma) və normadan artıq qar yağıntıları risklərindən də sığortalaya bilərlər.

Şaxtavurma riski dedikdə havanın temperaturunun 0 dərəcədən aşağı düşməsi nəticəsində bitkinin məhsulunda yaranan zərərlər başa düşülür. Bu sığorta havanın temperaturunun 0 dərəcədən aşağı olduğu hallarda donvurma nəticəsində meyvə bağına dəyən zərəri kompensasiya edir. Donvurmadan sığorta vasitəsilə müxtəlif bitkiləri, o cümlədən limon, naringi, portağal, üzüm, alma, armud, heyva, fındıq, badam, qoz, gavalı, alça, ərik, gilas, nar, xurma, albalı, zeytun və şaftalı bağlarını sığorta etmək olar.

Əkin sahələrini şaxtavurmadan sığorta etmək istəyən fermer və təsərrüfat sahibləri bu sığortanı əlavə ödəniş etməklə əldə edə bilərlər. Donvurmadan sığortalanmaq üçün sığorta haqqının tarifi müxtəlif bitkilər və regionlar üzrə fərqlidir.

Aqrar sığorta vasitəsilə meyvə bağları ilə yanaşı, ağac və tingləri də şaxtavurma riskindən sığorta etmək mümkündür.

Bundan başqa, aqrar sığorta vasitəsilə əkin sahələrini, tərəvəz əkinlərini və meyvə bağlarını normadan artıq qar yağıntılarından da sığorta etmək olar. Normadan artıq yağan qar yağıntıları riski dedikdə - qar yağması səbəbindən bitkinin çətirində budaq və gövdələrin sınması nəticəsində yaranan zərərlər başa düşülür.

Qeyd edək ki, normadan artıq qar yağıntıları riski üçün əlavə ödəniş etmək tələb olunmur, bu hadisədən sığorta bitkilərin baza sığorta zərfində yer alır.

Meyvə bağlarının, ağac və tinglərin baza sığorta zərfi və şaxtavurma sığortası tarifləri ilə bağlı ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki (asf.gov.az) “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək olar.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?