22 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar beynəlxalq sərgiyə dəvət olunurlar

MDB-yə üzv dövlətlərin illik Beynəlxalq İqtisadi Forumunun genişləndirilmiş tədbirlər proqramı çərçivəsində bu ilin 21-24 mart tarixlərində Moskvada Avrasiya Yüngül Sənaye Sammiti keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, sammit tədbirlərinin formatına dövlətlərarası sənaye görüşü, Avrasiya regionu ölkələrində yüngül sənayenin inkişafının ən aktual məsələlərini əhatə edən işgüzar proqram, eləcə də sənayenin bütün seqmentlərindən olan məhsul, xammal və texnologiyaların beynəlxalq sərgisi daxildir.

Sərgi iştirakçılarına məhsulların nümayişi, həmçinin alıcı və təchizatçılarla danışıqların aparılması üçün əlverişli şərait yaradılacaq.

Yüngül sənayenin potensialını daha səmərəli təqdim etmək üçün sərgi ekspozisiyasında iştirakçı ölkələrin milli stendləri, regionların kollektiv ekspozisiyaları, ixtisaslaşmış assosiasiyalar və birliklər yer alacaq. İxtisaslaşdırılmış bölmələrdə istehsal müəssisələrinin fərdi stendləri təqdim olunacaq ki, burada ayaqqabılar, çantalar, dəri məmulatları, geyim, tekstil materialları, xəz və digər məhsullar nümayiş olunacaq.

Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: [email protected]

Tel. (+99412) 598-01-47/48 (daxili - 3644)

Əlaqələndirici şəxs: Gülxas Nəsirova

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?