14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İordaniyaya məhsul ixracı 2 dəfədən çox artıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın İordaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətdə 62,6 faiz və ya 2,89 milyon ABŞ dolları artaraq 7,53 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin ilk 11 ayında Azərbaycandan İordaniyaya 553,1 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən təqribən 2,2 dəfə və ya 300 min dollar çoxdur.

İordaniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 59,3 faiz və ya 2,59 milyon dollar artaraq 6,97 milyon dollar təşkil edib.

2023-cü ilin yanvar-noyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İordaniya ilə ticarətin payı 0,01 faiz təşkil edib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?