14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazla işləyən məişət mətbəx cihazlarına dair dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS EN 30-2-2:2023 “Qazla işləyən məişət mətbəx cihazları – Hissə 2-2: Enerjidən səmərəli istifadə - Məcburi konveksiya sobalara və/və ya qrillərə malik cihazlar” yeni dövlət standartı qəbul edilib.

İnstitutdan verilən məlumata görə, bu standart yanar qazla bişirmə cihazlarının enerji səmərəliliyinə dair tələbləri və sınaq üsullarını müəyyən edən cihazlara şamil edilir.

Standart layihəsi daha əvvəl rəy və təkliflərin bildirilməsi məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə, İnstitutun Neft və Kimya sənayesinin standartlaşdırılması şöbəsinə göndərilib və həmin qurumlarla rəsmi qaydada razılaşdırılıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?