14 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ECE 4:2023 “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının arxa qeydiyyat nişanlarının işıqlandırılması üçün avadanlıqların təsdiqinə dair vahid müddəalar”, AZS ECE 18:2023 “Mühərrikli nəqliyyat vasitələrinin icazəsiz istifadədən qorunması ilə bağlı təsdiqinə dair vahid müddəalar”, AZS ECE 103:2023 “Mexaniki nəqliyyat vasitələrinin çirklənməyə nəzarət cihazlarının dəyişdirilməsinin təsdiqinə dair vahid müddəalar” yeni dövlət standartları qəbul edilib.

İnstitutdan verilən məlumata görə, bu standartlar avtonəqliyyat vasitələrinə və onların qoşqularına, habelə bu cür nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş sistemlərə, komponentlərə və ayrı-ayrı texniki qurğulara, onların ümumi təhlükəsizliyinə və nəqliyyat vasitələrinin sərnişinlərinin və həssas yol iştirakçılarının mühafizəsinə dair tələbləri müəyyən etmək məqsədi ilə AZS 864-2016 “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının arxa nömrə nişanlarının işıqlandırılması üçün qurğuların rəsmi təsdiqinə dair vahid göstərişlər”, AZS ECE 18-2012 “İcazəsiz istifadədən mühafizə baxımından avtonəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”, AZS 867-2016 “Mexaniki nəqliyyat vasitələri üçün çirklənmənin qarşısının alınması məqsədi ilə dəyişdirilən qurğuların rəsmi təsdiqinə dair vahid göstərişlər” dövlət standartlarının əvəzinə işlənib hazırlanıb.

Standart layihələri “Yol nəqliyyatı” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.

VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar?