31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakının 2040-cı ilədək inkişafı üçün tələb olunan maliyyə vəsaitinin həcmi açıqlanıb

Bakı şəhərinin Baş Planı çərçivəsində əsaslı kapital qoyuluşu tələb edən dörd əsas icra istiqamətləri üzrə tələb olunan maliyyə vəsaiti 93,572 milyard manat həcmində qiymətləndirilir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin 2040-cı ilədək Baş Planında nəzərdə tutulub.

Kapital qoyuluşlarında dövlət tərəfindən yatırılacaq məbləğ 60,515 milyard manat, özəl kapital qoyuluşları isə 33,057 milyard manat həcmində qiymətləndirilir.

2020-2040-cı illərdə kapital qoyuluşları 4 icra proqramlarının həyata keçirilməsi üçün tələb olunur:

1. Ərazi inkişafı - 47,567 milyard manat;

2. Nəqliyyat infrastrukturu - 16,902 milyard manat;

3. Mühəndis sistemləri:

- Mühəndis-kommunikasiya təminatı infrastrukturu - 15,32 milyard manat;

- Bərpa olunan enerji təsərrüfatları - 4,276 milyard manat;

4. Ətraf mühit (bərpa və sağlamlaşdırma tədbirləri) - 9,507 milyard manat;

Qeyd edilən dörd əsas icra istiqamətindən üçü dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirləri ehtiva edir. Buraya mühəndis-kommunikasiya təminatı infrastrukturunun və nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi, ətraf mühitin sağlamlaşdırılması kimi tədbirlər aiddir. Bu tədbirlərin əksər hissəsi dövlət və ya bələdiyyə tərəfindən maliyyələşdirilməlidir. Mühəndis-kommunikasiya təminatı infrastrukturunun yaxşılaşdırılması proqramı çərçivəsində bərpa olunan enerji təsərrüfatlarının tikintisi qismən özəl şirkətlərə həvalə edilə bilər. Lakin bu sahə gəlirlərin paylanılması baxımından dövlət nəzarəti altında qalmalıdır. Əsaslı kapital qoyuluşunun sahələr üzrə bölgüsündə bərpa olunan enerji sahəsinin inkişafı üçün qoyulacaq sərmayə 50/50 nisbətində götürülüb. Şəhərin fiziki inkişafına xüsusən özəl sektorun cəlb edilməsi təşviq edilməlidir. Lakin bununla yanaşı, yaşayış, ictimai-işgüzar və sənaye ərazilərinin inkişafı zamanı sosial və ətraf mühit aspektləri də nəzərə alınmalıdır və bu, ciddi dövlət nəzarəti tələb edir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?