14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pərakəndə geyim bazarında nə qədər vəsait xərclənib?

2023-cü ilin yanvar-noyabr ayları ərzində ölkənin pərakəndə ticarət şəbəkəsində toxuculuq, geyim və ayaqqabı məhsullarının alışına istehlakçılar tərəfindən 7,54 milyard manatdan çox vəsait xərclənib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 13,3 faiz və ya 888,2 milyon manat çoxdur.

Təkcə 2023-cü ilin noyabr ayında qeyd olunan məhsul kateqoriyaları üzrə satışların dəyəri 1,09 milyard manat təşkil edib ki, bu da oktyabr göstəricisini 13,2 faiz və ya 127,9 milyon manat üstələyir.

Qeyd edək ki, 2023-cü ilin ilk 11 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?