15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qarşılıqlı razılıq prosedurunun aparılmasına dair müraciətlərə baxılması barədə Bələdçi hazırlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) beynəlxalq əməkdaşlıq çərçivəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində tədbirləri davam etdirir. “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” layihəsinin minimum standartlarından biri hesab olunan 14-cü Fəaliyyət Planının tələblərindən biri Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin “Qarşılıqlı razılıq proseduru” maddəsinə uyğun olaraq müraciətlərin edilməsi imkanının yaradılması ilə bağlıdır. Razılıq prosedurunun əsas məqsədi Azərbaycan Respublikasının və ya beynəlxalq müqaviləyə tərəfdar çıxan xarici ölkənin (ərazinin) rezidenti olan vergi ödəyicisi tərəfindən beynəlxalq müqavilənin müddəalarına uyğun olmayan vergitutma ilə nəticələnən və ya nəticələnə biləcək mübahisələrin həllidir.

Dövlət Vergi Xidməti tərəfindən qarşılıqlı razılıq prosedurunun aparılmasına dair müraciətlərə baxılması və bu prosedurun təşkil olunması qaydasını özündə əks etdirən “Bələdçi” hazırlanıb. “Bələdçi" qarşılıqlı razılıq prosedurunun aparılmasına dair müraciətlərin hüquqi əsası, müraciətin edilməsi, tələb olunan sənədlər, prosedurun mərhələləri və hüquqi mexanizmlərin təsiri, müraciətə DVX-də baxılması və onun həlli kimi məsələləri əhatə edir.

“Mübahisələrin həlli” tətbiqi ilə bağlı hazırlanmış “Bələdçi” DVX-nin rəsmi internet səhifəsinin “Beynəlxalq vergi münasibətləri” bölməsinin “Sazişlər və qaydalar” hissəsində yerləşdirilib. “Bələdçi” ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür ("Sazişlər və qaydalar" keçidi):

https://www.taxes.gov.az/az/page/beynelxalq-vergi-munasibetleri

Qeyd: “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə”yə qoşulmaq barədə Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) arasında 2021-ci il noyabrın 26-da və 2022-ci il iyunun 1-də imzalanmış məktublar mübadiləsi formasında bağlanmış Razılaşma Azərbaycan Respublikasının 11 oktyabr 2022-ci il tarixli 607-VIQ nömrəli Qanunu ilə təsdiq olunub.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?