7 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daşkəsəndə Çəndə Qələviləşdirmə Zavodu sınaq rejimində istifadəyə verilib

“AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Çəndə Qələviləşdirmə Zavodu sınaq rejimində istifadəyə verilib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, eləcə də Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin və yerli icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə müəssisəyə baxış keçirilib.

QSC-dən verilən məlumata görə, ümumi sahəsi 502 hektar olan regional emal sahəsində inşa edilən yeni zavodun təyinatı “Çovdar” və cinah mədənlərində hasilat və istehsalat prosesinin daha mürəkkəb, əməliyyat xərclərinin daha yüksək olduğu mərhələdə - Sulfid fazasında filizlərin emalının optimal texnoloji üsulla həyata keçirilməsidir. Belə ki, illik 1,1 milyon ton filizüyütmə potensialına malik olan zavodun fəaliyyəti ilə filizlərin mineraloji tərkibindən və metallurji xüsusiyyətlərindən asılı olaraq qızılın 90 faizədək çıxımı təmin olunacaq.

“AzerGold” tərəfindən Çəndə Qələviləşdirmə Zavodunun inşası üçün tələb olunan 236 milyon manata yaxın vəsaiti dövlət büdcəsinə əlavə yük yaratmadan, daxili imkanlar hesabına təmin edilib.

Bölgələrdə iqtisadi aktivliyin, əhalinin məşğulluğunun artırılmasına əlavə töhfə hesab edilən layihənin icrası ilə ÇİRES-də daha 101 nəfərlik daimi iş yeri yaradılıb. Bununla “Çovdar” layihəsinin birbaşa və dolayı effekti nəzərə alınmaqla regionda məşğulluğa cəlb edilən vətəndaşların sayı 1600 nəfərə çatıb. Yeni zavodun tam gücü ilə fəaliyyətə başlaması regional sosial-iqtisadi inkişafa müsbət təsir etməklə yanaşı, qiymətli metalların ixrac potensialının genişlənməsi ilə ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft-qaz sahəsinin dayanıqlı inkişafına da öz töhfələrini verəcək.

VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir? VergiUşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu? VergiSəhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər? Vergi“Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır? VergiGecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq?