16 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni subsidiya sistemi məşğulluğun təmin olunmasına müsbət təsir edəcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" fərman imzalayıb. Fərmanla subsidiyaların verilməsi baza məbləğinin məhsulun müvafiq komissiya tərəfindən təsdiqlənmiş əmsallara vurulması şərtilə verilməsi nəzərdə tutulur. 

Kənd Təsərrfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, fermerlər bundan sonra elektron məlumat bazasından yararlanacaqlar: "Burada hər hansı kənd təsərrüfatı məhsulunun əkilməsi zamanı onun fermer üçün, iqtisadiyyat üçün gəlirliliyi, məşğulluq imkanlarının yaradılması, eyni zamanda ölkənin idxal və ixrac imkanlarına necə təsir etməsi kimi operativ məsələlərin nəzərə alınması əsas məqamlardandır. Növbəti dəyişiklik bundan ibarətdir ki, artıq fermerlər subsidiyaları elektron kənd təsərrüfatı sistemindən istifadə etməklə əldə edə biləcəklər. Artıq bu sistemin üzərində böyük işlər görülüb və fermerlərin əksər hissəsi qeydiyyatdan keçib".

Artıq fermerlər subsidiyaları elektron kənd təsərrüfatı
sistemindən istifadə etməklə əldə edə biləcəklər

M.Əliyevin sözlərinə görə, subsidiyaları fermerlərə əvvəlki kimi Kənd Təsərrüfatı Nazirliyi deyil, Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək: "Düşünürük ki, yeni subsidiya sistemi fermerlərin işinə daha da dəstək olacaq. Məhsuldarlığın, kənd təsərrüfatı məhsullarının artmasına, idxaldan asılılığın, eyni zamanda qida təhlükəsizliyinin təmin olunmasına, məşğulluğun artırılmasına öz müsbət təsirini göstərəcək".

Agentlik rəsmisi onu da qeyd edib ki, ayrılan subsidiya məbləğləri fermerlərin kart hesablarına köçürüləcək. Onlar isə həmin məbləği tam şəkildə deyil, ancaq 25 faizlik hissəsini nağdlaşdıra biləcəklər, qalan hissəsini isə aqrotexniki xidmətlərin alınmasına sərf edəcəklər. Təchizatçıları da fermerlər özləri seçəcəklər.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?