18 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi artım perspektivləri ilə bağlı gözləntilər nikbindir

Azərbaycan iqtisadiyyatının fəaliyyət mühitinin yüksək dəyişkənliyini nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı 2024-cü ildə də makroiqtisadi proqnozları müxtəlif ssenarilər üzrə müntəzəm yeniləyəcək.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Qiymətləndirmələrə görə, 2024-cü ildə də tədiyə balansının cari əməliyyatlar hesabında profisit gözlənilir. Baza ssenari üzrə son proqnozlara görə, 2024-cü ildə cari əməliyyatlar hesabının profisiti 7-8 milyard ABŞ dolları olmaqla ÜDM-in 9-10 faizi səviyyəsində gözlənilir. Növbəti ildə də qlobal geosiyasi vəziyyət, əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft-qaz sektoru üzrə ixrac potensialı Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaq.

2024-cü ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artımın davam edəcəyi proqnozlaşdırılır. Mərkəzi Bankın proqnozlarına görə, 2024-cü ildə real iqtisadi artım tempinin 3-3,5 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5-5,5 faiz civarında olacağı gözlənilir. Növbəti ildə də işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impulslar verəcək. Ölkədə makroiqtisadi sabitliyin qorunması iqtisadi artım proqnozunun reallaşmasının əsas şərtlərindən biri olaraq qalacaq. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir. İqtisadi siyasətin digər istiqamətləri çərçivəsində həyata keçirilən tədbirlər də Mərkəzi Bankın makroiqtisadi proqnozlarının hazırlanmasında nəzərə alınacaq. 2024-cü ildə də fiskal siyasət pul siyasətinin həyata keçirilməsi şəraitinə, bank sisteminin likvidliyinə, valyuta bazarına və məcmu tələbə təsir göstərən amillərdən biri olacaq. Növbəti ildə büdcə qaydasının tətbiqinin davam etdirilməsi və borclanmanın yeni qəbul edilən parametrlər çərçivəsində həyata keçirilməsi fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət investisiyaları ölkənin istehsal potensialının artırılmasına və onun strukturunun optimallaşdırılmasına əhəmiyyətli töhfə verə bilər ki, bu da uzunmüddətli dövrdə inflyasiyaya təsir göstərəcək amildir.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?