17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tütün istehsalı üzrə məhsuldarlıq artıb

Bu ilin yanvar-noyabr aylarında ölkə üzrə 2,7 min hektar sahədən tütün yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,5 faiz və ya 300 hektar çoxdur.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə 5,3 min ton tütün istehsal edilib. Bu, ötən ilin ilk 11 ayının göstəricisini 23,2 faiz və ya 1 min ton üstələyir.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin yanvar-noyabr aylarında ölkəyə idxal olunan tütün və tütün məmulatlarının dəyəri bir il öncəki göstəriciyə nisbətən 18,8 faiz və ya 16,7 milyon ABŞ dolları artaraq 105,7 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin 11 ayı üzrə tütün və tütün məmulatlarının idxalı ölkənin ümumi idxalının 0,67 faizinə bərabər olub.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?