2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Davud İbrahimli: “Startap” şəhadətnaməsi insana ilk növbədə güvən verir”

Ölkə iqtisadiyyatında yeni texnologiyaların tətbiqinə imkan verən innovasiya fəaliyyəti genişləndikcə, biznes sistemi innovativ ideyalar əsasında inkişaf etdikcə, maraqlı yenilikləri reallaşdıran biznes subyektlərinin sayı da artır. Azərbaycanda bu tip innovativ fəaliyyətə dəstək verən əsas qurumlardan biri Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). KOBİA-nın verdiyi “Startap” şəhadətnaməsi ilə biznes subyektləri 3 il müddətinə əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edilirlər. Hazırda Azərbaycanda “Startap” şəhadətnaməsi almış 118 KOB subyekti gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad olunub.

Bu subyektlərdən biri də 2 ay əvvəl “Startap” şəhadətnaməsi almış fiziki şəxs Davud İbrahimlidir. Ona yaratdığı onlayn mağazaya (marketplace) görə “Startap” şəhadətnaməsi təqdim edilib.

“Startap” şəhadətnaməsi insana ilk növbədə güvən, ikincisi isə vergi azadlığı verir”,- deyən D.İbrahimlinin sözlərinə görə, marketplace platformasını yaratmaqla alıcı ilə satıcı arasında körpü rolunu oynayırlar. Bu platformada məhsullar həm ucuz təklif edilir, həm də alıcıya keşbek qazandırır: “Bunun əsas səbəbi tərəfdaş şirkətlərlə daha aşağı qiymətə razılaşma əldə etməyimizdir. Əsas məqsədimiz şirkətlər arasında, eyni zamanda, şirkətlə vətəndaş arasında körpü rolunu oynamaqdır. Platformamız KOB market, UMİCO platformalarına oxşayır, sadəcə olaraq, pərakəndə ticarətdə daha çox rəqabət olduğu üçün biz korporativ müştəriləri daha çox fikirləşirik”.

D.İbrahimli qeyd edib ki, Azərbaycanda sırf hədiyyə platforması alıcılara yalnız onlar tərəfindən təqdim edilir. Platformada daha çox hədiyyəlik məhsullar təqdim edilir. Hazırda platformalarında 30-dan çox market birləşib, 10 tərəfdaşla yeni əməkdaşlıq əlaqələri qurulmaq üzrədir. Hədəf ilkin mərhələdə tərəfdaşların sayını 100-ə çatdırmaqdır: “Əsas hədəfimiz ilkin mərhələdə korporativ müştərilər üçün hədiyyələrin satışını təmin etmək, ondan sonra bütün məhsulları - şirkətlərin aldıqları dəftərxana, elektronika məhsullarını, ofis ləvazimatlarının satışını təmin etmək, yüksək dövriyyəli şirkətlərin satıcısı olmaqdır. Hazırda əsas müştərilərimiz ayrı-ayrı vətəndaşlardır. Platformaya ay ərzində 10 mindən çox giriş var, amma satış səviyyəsi, hələ ki, aşağıdır”.

Startapçı bildirib ki, platformanın yaradılması üçün, ilkin olaraq, 40 min manat məbləğində investisiya yatırılıb: “İndi ikinci investisiya axtarışındayıq. Yeni texnologiya ilə fəaliyyətə başlamağımız üçün əlavə büdcə tələb olunur. Platformanın inkişafı üçün 200 min manat investisiya tələb olunur. Bu vəsaitlə fərqli 4 istiqamət üzrə yeni mobil əlavə yaratmaq istəyirik”.

İlhamə İSABALAYEVA

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ