14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkəyə elektromobil idxalı artıb

Bu ilin yanvar-noyabr ayları ərzində ölkəyə 111 milyon ABŞ dolları dəyərində 2737 yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 7,7 dəfə və ya 96,7 milyon dollar, say baxımından isə 6,7 dəfə və ya 2328 ədəd çoxdur.

Cari ilin oktyabr ayına nisbətdə isə noyabrda elektromobillərin idxal dəyəri 2,2 faiz və ya 330,25 min dollar artaraq 12,74 milyon dollar, sayı isə 1,6 faiz artaraq 312 ədəd təşkil edib.

Ümumilikdə cari ilin ilk 11 ayında ölkəyə 1,52 milyard dollar dəyərində 88,7 min nəqliyyat vasitəsi idxal edilib. Ötən ilin yanvar-noyabr aylarına nisbətdə bu göstərici müvafiq olaraq 63,3 faiz və 32,7 faiz artıb. Hesabat dövründə avtomobil idxalının strukturunda elektromobillərin payı 3,1 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 2,5 faiz bəndi çoxdur.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?