1 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“UPI - Universal Packing İndustry” gələn ildən karton istehsalına başlayacaq

İqtisadi Zonaların İnkişafi Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “UPI - Universal Packing Industry” Qapalı Səhmdar Cəmiyyəti gələn ilin əvvəlindən tam gücü ilə fəaliyyətə başlayacaq.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına QSC-nin direktoru Fikrət Vəliyev deyib.

Onun sözlərinə görə, qablaşdırma məhsullarının (qofro karton, fayl və s.) istehsalı müəssisəsi olan “UPI - Universal Packing Industry” artıq 500 minə yaxın fayl istehsal edib. Bu fayllar daxili bazarın tələbatının ödənilməsinə yönəldilib.

Müəssisə karton istehsalına başlamaq üçün tələb olunan xammalı Rusiyadan alacaq. Rusiyadan 380 min ton kağızın gətirilməsi, gələn ilin əvvəlindən isə karton istehsalına başlanılması nəzərdə tutulur. İlkin mərhələdə ay ərzində təqribən 500 min kvadratmetr karton istehsal ediləcək. Sonrakı mərhələlərdə karton istehsalının 25 milyon kvadratmetrədək artırılması planlaşdırılır.

Qeyd edək ki, müəssisənin ümumi investisiya dəyəri 4,8 milyon manatdan artıqdır. Zavod bu ilin oktyabr ayından fəaliyyətə başlayıb.

Xatırladaq ki, “UPI - Universal Packing Industry” QSC-yə 2019-cu ilin sentyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?