15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyə 1-ci yerdədir

Türkiyə Azərbaycanın 2-ci əsas ticarət tərəfdaşıdır və 2023-cü ilin 11 ayında ticarət dövriyyəmiz 7,2 mlrd. ABŞ dollarını keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 33% çoxdur.

Bu barədə Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: “İqtisadiyyat Nazirliyi olaraq, biz iki ölkə arasında ticarət və iqtisadi kooperasiyanın daha da inkişaf etdirilməsi üçün səylərimizi artırırıq. Məsələn, bu ilin iyun ayında İstanbuldakı Azərbaycan Respublikasının Baş Konsulluğunda ticarət nümayəndəsi Aparatı fəaliyyətə başlayıb və artıq ikitərəfli iqtisadi, xüsusilə investisiya əlaqələrinin inkişafının təmin olunmasında aktiv rol oynayır”.

Nazir xüsusi vurğulayıb ki, bu, ölkələrimiz arasında investisiya tərəfdaşlığının inkişaf səviyyəsini əyani olaraq göstərir: “Ölkəmiz 1995-ci ildən 2023-cü ilin 6 ayınadək qardaş Türkiyəyə 19,9 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Sevindirici haldır ki, Azərbaycanda qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb”.

Nazir əlavə edib ki, əczaçılıq sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkında Türkiyə ilə birlikdə dərman vasitələrinin istehsalı zavodunun təməlinin qoyulması da investisiya əməkdaşlığımızın çoxvektorlu olmasının təzahürüdür.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?