30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi meqa layihələr qlobal əhəmiyyətə malikdir

“Qürurla deyə bilərik ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü və iştirakı ilə həyata keçirilən, regional inkişafa və təhlükəsizliyə töhfə verən meqa layihələr qlobal əhəmiyyətə malikdir. Enerji sahəsində səmərəli əməkdaşlıq, imzalanan sənədlər, uğurla reallaşdırılan birgə təşəbbüslər və layihələr beynəlxalq arenada ölkələrimizin mövqeyini daha da gücləndirməklə yanaşı, regional enerji təchizatında mühüm rol oynayır”.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, "Cənub Qaz Dəhlizi", TANAP layihələri Avropa və Asiya arasında enerji infrastrukturunun formalaşdırılmasında böyük əhəmiyyətə malikdir: “Bu ilin 25 sentyabr tarixində Naxçıvanda dövlət başçılarımızın iştirakı ilə İğdır-Naxçıvan qaz boru kəmərinin təməli qoyulub. Hazırda layihə üzrə tikinti işləri davam edir. Bu layihə Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsidir”.

M.Cabbarov deyib ki, bərpaolunan və “yaşıl” enerji üzrə əməkdaşlıq imkanlarının reallaşdırılması qarşılıqlı faydalı tərəfdaşlıqda mühüm istiqamətlərdəndir. Azərbaycanın xarici investorlarla əməkdaşlığı çərçivəsində alternativ və bərpaolunan enerji üzrə layihələrindən əldə olunan enerjinin gələcəkdə region ölkələrinə, o cümlədən Türkiyə və Avropaya ixracı mümkündür.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?