14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, iclasda işğaldan azad edilmiş ərazilərdə müvafiq monitorinqlərin aparılması, yol və küçə işıqlandırılmasının günəş əsaslı hibrid sistemlər vasitəsilə həyata keçirilməsi, istilik sistemlərinin tətbiqi, Yaşıl Enerji Zonası Nümayiş Pavilyonunun yaradılması, texnologiyaların tətbiqinə dair normativ-texniki bazanın formalaşdırılması kimi istiqamətlərdə görülmüş və icrası nəzərdə tutulan işlər müzakirə edilib.

İclasda işçi qrupuna daxil olan dövlət qurumları ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin, eləcə də Qarabağ Dirçəliş Fondu və “Azəristiliktəchizat” ASC-nin nümayəndələri iştirak ediblər.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?