1 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Qazaxıstana avtomobil üçün əyləc bəndləri ixrac edəcək

Ölkəmizin “Made in Azerbaijan” brendi altında istehsal edilən avtomobil üçün əyləc bəndləri Qazaxıstana ixrac ediləcək.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Brake systems Azerbaijan” MMC-nin direktoru Mehman Ağayev deyib.

Onun sözlərinə görə, avtomobillər üçün əyləc bəndləri istehsal edən zavodun illik istehsal gücü 240 min dəstdir: “Məhsulumuz ixrac yönümlü, idxal əvəzləyicidir. Məhsulumuzu Gürcüstan, Belarus, Rusiya və Qazaxıstana ixrac etməyi nəzərdə tuturuq. Bu ölkələrə nümunələr göndərilib. Artıq Qazaxıstandan sifariş almışıq. Hazırda Türkiyənin bir neçə şirkəti ilə də ixracla bağlı danışıqlar aparılır”.

M.Ağayev bildirib ki, hazırda istehsal güclərinin 20 faizi qədər məhsul istehsal edirlər. Yaxın 6-7 ayda tam istehsal gücü ilə məhsul istehsalı nəzərdə tutulur: “Artıq müəssisə tam gücü ilə fəaliyyət göstərə bilər. Yetər ki, bazarda duruş gətirə bilək, alıcıların etimadını qazanaq. Yeni şirkət olduğumuzdan məhsulumuzun bazarda tanıdılması əsas hədəfimizdir. Məhsulumuz Azərbaycan vətəndaşını məmnun edəcək qiymət və keyfiyyətdədir. Bu günə qədər bu məhsullar Azərbaycana 100 faiz idxal olunurdu. Bizim məhsulların istehsalı pərakəndə bazarda qiymətlərin enməsinə səbəb olacaq“.

M.Ağayev əlavə edib ki, zavoda yatırılan investisiyanın məbləği 2 milyon manatdır. Təxminən 2 ildən sonra avtomobillər üçün digər ehtiyat hissələrinin də istehsalı planlaşdırılır.

“Brake systems Azerbaijan” MMC gələcəkdə istehsal üçün tələb olunan xammalı istehsal etməyi nəzərdə tutur: “Xammal, hələ ki, 100 faiz idxaldır. Amma zamanla bir çox xammal hissələrini ölkəmizdə istehsal etməyə çalışacağıq. Xammalı özümüz istehsal edəcəyimiz zaman məhsulumuzun maya dəyəri daha da aşağı düşəcək və satış qiymətləri daha ucuz olacaq”.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?