15 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şərqi Zəngəzur və Qarabağda yerli istehsal olan yol nişanları quraşdırılır

Hazırda Zəngilanın avtomobil yollarında “Yol nişanı” MMC-nin istehsalı olan yol nişanları quraşdırılır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Yol nişanı” MMC-nin nümayəndəsi Türkan Əliyeva deyib.

Onun sözlərinə görə, Şuşa və Laçında da istehsal etdikləri yol nişanları quraşdırılıb.

T.Əliyeva bildirib ki, il ərzində 5-6 min yol nişanı istehsal edirlər. İstehsal etdikləri məhsulun dəyəri sifariş sayından asılı olaraq dəyişir: “Əsas hədəfimiz yerli istehsalı artırmaqla idxalın azaldılmasına nail olmaqdır. İstehsal üçün həm yerli, həm də xaricdən gətirilmiş xammaldan istifadə edirik”.

T.Əliyeva qeyd edib ki, Azərbaycanın yol nişanlarına olan tələbatının 30-40 faizi təmsil etdiyi şirkət tərəfindən ödənilir.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?