14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Torpaqların idarəedilməsi sahəsində qarşıya çıxan məsələlərlə bağlı müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və tabeliyindəki qurumların nümayəndələri ilə Şamaxı, Qobustan və Ağsu rayonları üzrə icra hakimiyyətinin əməkdaşları, yerli bələdiyyə sədrləri arasında görüş keçirilib.

Xidmətdən verilən məlumata görə, tədbirdə dövlət və bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər və onların həlli istiqamətində əməkdaşlığın genişləndirilməsi, bu sahədə fəaliyyətin gücləndirilməsi məsələlərinə toxunulub. Eyni zamanda, bələdiyyə torpaqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı, torpaq sahələrinin ayrılmasına dair rəyin verilməsi, icarəyə verilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatına uyğun istifadə edilməməsi hallarının aradan qaldırılması tədbirləri, mülkiyyətə və ya icarəyə verilən bələdiyyə torpaqlarının qiymətləndirilməsi və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildiririk ki, dekabrın 19-da Şamaxı rayonunda torpaq və əmlak idarəçiliyinə həsr olunan zona müşavirəsi keçiriləcək. Zona müşavirəsindən əvvəl təşkil olunan bu cür görüşlərin məqsədi yerli bələdiyyələrin mövcud sahədə olan problemlərini dinləmək, araşdırmaq, mümkün həllini təmin etmək və müvafiq izahatlar verməkdir.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?