22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ölkə əhalisinin 57 faizi sığorta xidmətlərindən istifadə edir

Ölkə əhalisinin 57 faizi sığorta xidmətlərindən istifadə edir

Son 3 il ərzində aparılan maarifləndirmə və təbliğat işləri nəticəsində əhalidə sığortaya inam 34 faiz yüksəlib, biznes subyektlərində isə bu göstərici 39 faiz təşkil edib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına istinadən xəbər verir ki, maarifləndirmə və təbliğatın sığorta sektoruna təsirlərinin ölçülməsi məqsədilə 1190 nəfər arasında sorğu keçirilib.

Sorğunun nəticələrinə görə, əhalinin 46 faizi, biznes subyektlərinin isə 50 faizi hadisə baş verərsə, sığortanın kömək ola biləcəyinə inandığını bildirib. Məlum olub ki, əhalinin 57 faizi, biznes subyektlərinin isə 64 faizi sığorta xidmətlərindən müntəzəm olaraq istifadə edir. Sorğuda əhalinin 43 faizi, biznes subyektlərinin isə 45 faizi sığorta xidmətlərini tam əlçatan hesab edib.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?