9 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycana məhsul ixracına 3 milyard dollardan çox dəstək göstərilib

Rusiya İxrac Mərkəzi (RİM) fəaliyyəti dövründə Azərbaycana məhsul ixracına 3 milyard dollardan çox dəstək göstərib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı RİM-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev deyib.

Onun sözlərinə görə, tarixən Rusiyanın Azərbaycana ixracının ən perspektivli sahələri aşağıdakı sənaye sahələridir: ildə təqribən 324 milyon ABŞ dolları dəyərində buğda, minik avtomobilləri - ildə 281 milyon dollar, dərman vasitələri - 214 milyon dollar, dəmir yolu lokomotivləri - 101 milyon dollar, metal konstruksiyalar - 101 milyon dollar, taxta - 85 milyon dollar, şəkər - 77 milyon dollar, boru kəmərləri üçün armaturlar - 70 milyon dollar və polad təbəqələr - 57 milyon dollar.

“Məhsulların Azərbaycan bazarına çıxarılmasının ən səmərəli yollarından biri Bakıda keçirilən beynəlxalq sənaye sərgilərində iştirakdır. Bakı Ekspo Mərkəzinin müasir meydançasında irimiqyaslı qida, sənaye, neft-qaz, nəqliyyat, tibb və digər tədbirlər keçirilir”, - deyə N.Quliyev qeyd edib.

Bildirilir ki, 2022-ci il ərzində RİM Rusiyadan Azərbaycana 479,8 milyon dollar məbləğində qeyri-xammal, qeyri-enerji ixracatını dəstəkləyib. Eyni zamanda, 48,4 milyon dollar məbləğində birbaşa qeyri-maliyyə və 431,4 milyon dollar maliyyə dəstəyi göstərilib. 2023-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, dəstəyin həcmi 159,8 milyon dollar təşkil edib.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?