1 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kolumbiya ilə ticarət mübadiləsinin aktivləşdirilməsi müzakirə edilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayala ilə görüş keçirilib.

Agentlikdən verilən məlumata görə, görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, eləcə də Azərbaycanın investisiya imkanları və ticarət tərəfdaşları haqqında məlumat verib. Bildirilib ki, AZPROMO müxtəlif yerli və beynəlxalq tədbirlər təşkil etməklə analoji qurumların funksiyalarından kənara çıxır. Bununla yanaşı, AZPROMO-nun Kolumbiyanın turizm sektorunu, investisiyalarını və qeyri-ənənəvi ixracını təşviq edən PROCOLOMBIA qurumu ilə əməkdaşlıq əlaqələri vurğulanıb.

Səfir Luis Fernando Kuartas Ayala ölkələr arasında siyasi əlaqələri qeyd edərək, Kolumbiya şirkətlərinin, həmçinin ölkəsində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndəliklərinin Azərbaycan iqtisadiyyatında fəaliyyətinin təşkilinin potensial perspektivləri haqqında danışıb. Qeyd edilib ki, Kolumbiyadan Azərbaycana qəhvə, gül və əczaçılıq məhsullarının ixracı hazırda maraq doğuran məsələlərdəndir. Bu müstəvidə tərəflər arasında məlumat mübadiləsinin aparılması və ölkələrimizdə fəaliyyət göstərən sahibkarların AZPROMO tərəfindən əlaqələndirmə işlərinə dəstəyin göstərilməsinə dair razılıq əldə olunub.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?