15 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəqabət Məcəlləsi sahibkarlıq subyektləri arasında münasibətləri daha yaxşı tənzimləməyə imkan verəcək

“Rəqabət Məcəlləsi hər bir ölkədə iqtisadi inkişafın vacib hüquqi sənədi kimi qiymətləndirilir”. İqtisadçı Eldəniz Əmirov “vergiler.az”a yeni Məcəllənin əhəmiyyətindən danışarkən belə deyib.

Ekspertin sözlərinə görə, rəqabətin təmin olunması üçün hüquqi bazanın yaradılması, eyni zamanda bu Məcəllənin işlək mexanizm kimi tətbiqi ölkədə rəqabət mühitini daha da stimullaşdırmaq və inkişaf etdirmək üçün əlavə impulslar formalaşdırır: “Rəqabət Məcəlləsi özündə kifayət qədər geniş istiqamətləri əhatə edir. Məcəllədə təsbit olunan maddələr təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi baxımından çox önəmlidir. Düşünürəm ki, sənəd qüvvəyə mindikdən sonra sahibkarlıq subyektləri arasında münasibətlər daha yaxşı tənzimlənəcək”.

E.Əmirov bir müddətdir müzakirəsi aparılan Rəqabət Məcəlləsinin təsdiqlənməsini bu sahədə ciddi irəliləyiş kimi dəyərləndirib: “Rəqabət Məcəlləsi işlədikcə, çatışmayan tərəflər praktik, real iqtisadiyyatda özünü büruzə verəcək və bundan sonra onun üzərində dəyişikliklərin həyata keçirilməsi daha rahat olacaq”.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?