Ekspertin sözlərinə görə, rəqabətin təmin olunması üçün hüquqi bazanın yaradılması, eyni zamanda bu Məcəllənin işlək mexanizm kimi tətbiqi ölkədə rəqabət mühitini daha da stimullaşdırmaq və inkişaf etdirmək üçün əlavə impulslar formalaşdırır: “Rəqabət Məcəlləsi özündə kifayət qədər geniş istiqamətləri əhatə edir. Məcəllədə təsbit olunan maddələr təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi baxımından çox önəmlidir. Düşünürəm ki, sənəd qüvvəyə mindikdən sonra sahibkarlıq subyektləri arasında münasibətlər daha yaxşı tənzimlənəcək”.
E.Əmirov bir müddətdir müzakirəsi aparılan Rəqabət Məcəlləsinin təsdiqlənməsini bu sahədə ciddi irəliləyiş kimi dəyərləndirib: “Rəqabət Məcəlləsi işlədikcə, çatışmayan tərəflər praktik, real iqtisadiyyatda özünü büruzə verəcək və bundan sonra onun üzərində dəyişikliklərin həyata keçirilməsi daha rahat olacaq”.