7 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aktau və Türkmənbaşı limanlarını Konstanta limanı ilə birləşdirən layihəyə start verilir

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner” dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan “COSCO SHIPPING Lines”lə əməkdaşlıq çərçivəsində Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarını Rumıniyanın Konstanta limanı ilə birləşdirən yeni xidmətə start verir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı “ADY Konteyner”ə istinadən xəbər verir ki, “COSCO SHIPPING Lines”lə icra edilən birgə layihə çərçivəsində Aktau və Türkmənbaşı limanları ilə Rumıniyanın Konstanta limanı arasında dəmiryolu və dəniz xətti ilə birgə daşımalar həyata keçiriləcək.

Layihə çərçivəsində “ADY Konteyner” şirkəti konteyner qatarlarının Aktau və Türkmənbaşı limanlarından Xəzər dənizi və dəmiryolu vasitəsilə Gürcüstanın Poti limanına çatdırılmasını həyata keçirəcək. Konteynerlər Potidən Rumıniyanın Konstanta limanına "COSCO SHIPPING Lines"ın təqdim etdiyi gəmilər vasitəsilə daşınacaq.

Aktau və Türkmənbaşı limanları ilə Konstanta limanı arasında yeni dəmiryolu-dəniz əlaqəsi hazırkı mürəkkəb vəziyyətdə təchizat zəncirinin bütövlüyünü təmin edəcək, Çin və Orta Asiya ilə Avropanı sürətli və səmərəli xidmətlə birləşdirməyə şərait yaradacaq.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?