15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqinə dair təlim keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə sahibkarlar üçün “Rəqabət və dövlət satınalmalarının inkişafı: Tənzimləyici islahatlar” adlı maarifləndirici tədbir keçirilib.

Dövlət Xidmətindən verilən məlumata görə, tədbirdə dövlət və özəl sektorun, biznes assosiasiyalarının və beynəlxalq şirkətlərin 40-dan çox nümayəndəsi iştirak edib.

Tədbirin açılışında Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və TÜİB-in İdarə Heyətinin sədri Hüseyn Büyükfırat çıxış ediblər. Xidmət rəisi dövlət satınalmalarının rəqabət mühitinin formalaşmasına təsirlərindən bəhs edib, həmçinin “Dövlət satınalmaları haqqında” yeni Qanunda satınalma prosedurlarının təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsinin sahibkarları satınalmalarda daha aktiv iştiraka təşviq edəcəyini qeyd edib. TÜİB-in İdarə Heyətinin sədri Hüseyn Büyükfırat isə sahə üzrə qanunvericilik aktlarının təkmilləşdirilməsinin ölkədə azad sahibkarlığın inkişafına, sağlam rəqabət şəraitinin qorunmasına töhfə verəcəyini xüsusi vurğulayıb.

Tədbir “Dövlət satınalmaları haqqında” yeni Qanunun müddəaları barədə maarifləndirici təlimlə davam edib. Təlimdə yeni Qanunun üstünlükləri, Qanunla nəzərdə tutulan yeniliklər və nəzarət mexanizmləri iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Qanun dövlət satınalmaları sahəsində şəffaflıq və intizamlılıq səviyyəsini artıracaq, dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadəni, həmçinin elektron satınalmalara keçidi təmin edəcək.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?