16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olunmuş ərazilərdə yeni daşıyıcı qaz xətləri tikilir

İşğaldan azad olunmuş ərazilərdə yeni daşıyıcı qaz xətlərinin tikintisi işləri aparılır.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov media və QHT nümayəndələri ilə keçirilən növbəti görüşdə məlumat verib.

Onun sözlərinə görə, hazırda Füzuli rayonunun Dövlətyarlı və Dədəli kəndlərinin qaz təminatı üçün yeraltı orta təzyiqli daşıyıcı qaz xətləri tikilir.

“Dövlətyarlı kəndində daşıyıcı qaz xəttinin tikintisi üçün 4 kilometrə yaxın yeraltı polietilen qaz xətti çəkilib. Burada çay keçidi mövcuddur və bu keçidin tikintisi, demək olar ki, tamamlanmaq üzrədir. Dədəli kəndində isə 14,5 kilometrə yaxın yeraltı daşıyıcı qaz xəttinin çəkilməsi tamamlanmaq üzrədir”, - deyə T.Cəfərov qeyd edib.

O bildirib ki, hazırda Laçın şəhəri və bu rayonun Zabux kəndi, eyni zamanda, Füzuli şəhəri təbii qazla təmin olunub və məskunlaşma artdıqca, fərdi yaşayış evləri, yeni obyektlər tikildikcə təbii qazın verilməsi təmin olunacaq.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?