24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan-İraq Biznes Şurasının yaradılması barədə razılıq əldə edilib

Azərbaycan-İraq Biznes Şurasının yaradılması barədə razılıq əldə edilib

Dekabrın 6-da Bağdad şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə Komissiyanın 3-cü iclası çərçivəsində 1-ci İraq-Azərbaycan biznes forumu keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və İraq Ticarət Palataları Federasiyasının birgə təşkilatçığı ilə keçirilən tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər. Biznes forumda Azərbaycan tərəfindən qida, mebel, logistika, tikinti, turizm, sənaye və s. sahələrdə fəaliyyət göstərən şirkətlər təmsil olunub.

Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İraqın Baş nazirinin müşaviri Əli Nasir Əl-Əsədi, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palataları Federasiyasının vitse-prezidenti Zaman Sahib ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələri, biznes dairələri arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı investisiya qoyuluşu imkanları barədə məlumat verib, fikir mübadiləsi aparılıb. Biznes forumda Azərbaycan-İraq Biznes Şurasının yaradılması barədə razılıq əldə edilib.

Biznes forum çərçivəsində həmçinin Azərbaycan və İraqın müvafiq qurumları tərəfindən təqdimatlar, iş adamları arasında B2B görüşlər keçirilib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması