2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar Azərbaycan-Türkiyə investisiya forumuna dəvət olunurlar

Dekabrın 21-də Bakıda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Azərbaycan-Türkiyə investisiya forumu keçiriləcək.

AZPROMO-dan verilən məlumatına görə, Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunurlar.

Tədbirdə hər iki ölkədən dövlət qurumları, universitetlər və şirkətlərin 400-dən çox nümayəndəsinin iştirakı nəzərdə tutulub. Forum ticarət, nəqliyyat-logistika, kənd təsərrüfatı, müdafiə sənayesi, enerji və inşaat, o cümlədən səhiyyə və turizm sektorlarını əhatə edən “Davos” formatında təşkil olunacaq 6 panel sessiyasından ibarət olacaq. Bununla yanaşı, forum çərçivəsində sahibkarlar arasında B2B görüşlər təşkil olunacaq.

Tədbirdə iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

Əlaqə:

Murad Əlizadə

Tel: (+994 12) 598 01 47 (daxili - 3651)

E-mail: [email protected]

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?