15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İİB-lə halal ekosistemin inkişafı sahəsində əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə İslam İnkişaf Bankının (İİB) nümayəndələri arasında görüş keçirilib.

Dövlət Xidmətindən verilən məlumata görə, görüşdə halal ekosistemin inkişafı sahəsində əməkdaşlıq perspektivləri və təcrübə mübadiləsi imkanlarına dair müzakirələr aparılıb.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli keyfiyyət infrastrukturu sahəsində görülən tədbirlər, həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində aparılan işlər barədə məlumat verib. Ölkədə halal keyfiyyət infrastrukturunun inkişafı məqsədilə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər xüsusi vurğulanıb.
İİB-nin ölkə əməliyyatları üzrə meneceri Fərid Xan keyfiyyət infrastrukturunun gücləndirilməsi istiqamətində atılan addımların təqdirəlayiq olduğunu bildirib.

Tərəflər görüşdə halal ekosistemin inkişafı sahəsində əməkdaşlıq perspektivləri, bu sahədə təcrübə mübadiləsi, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?