9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dərman vasitələrinin ekspertiza tarifləri müəyyənləşdirilib

Dərman vasitələrinin ekspertiza tarifləri müəyyənləşdirilib

Azərbaycanda əhalinin dərman vasitələri ilə etibarlı təchizatının təmin edilməsi üçün müxtəlif tədbirlər görülür. Xarici qeydiyyatın tanınması üçün dərman vasitələrinin sadələşdirilmiş ekspertiza xidmətləri bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısının müvafiq Fərmanı ilə Tarif (qiymət) Şurasına bu xidmətlərin tariflərininin təsdiq edilməsi tapşırılıb.​

Şuranın 5 dekabr tarixində keçirilən iclasında dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertiza, o cümlədən xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza xidmətlərinin tarifləri təsdiq edilib.

Tarif dəyişikliyinin dərman vasitələrinin qiymətinə təsiri yoxdur. Sadələşdirilmiş ekspertiza tarifləri mövcud tariflərdən təxminən 20-29% azaldılıb. Adi ekspertiza tarifləri isə mövcud tariflərdən 20%-ə qədər yuxarı həddə təsdiqlənib. Sadələşdirilmiş ekspertizanın tariflərinin daha aşağı olması həmin dərmanların qeydiyyatını, yenidən qeydiyyatını və idxalını daha səmərəli etməklə dərman təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq. Bu hal dərman şirkətlərininin yüksək keyfiyyətli, effektivliyi təsdiqlənmiş dərman vasitələrini ölkəyə idxal etməsini stimullaşdıracaq.​

Qeyd edək ki, “Dərman vasitələri haqqında” Qanuna olunan dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyatı üçün ixtisaslaşdırılmış ekspertiza xidmətlərinin müddəti 210 gündən 90 günə endirilib. Xarici qeydiyyatın tanınması üzrə sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən, dövlət reyestrinə daxil edilən dərman vasitələri üçün tələb olunan sənədlərin sayı azaldılıb. Xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza üzrə qısa müddət - 11 iş günü təsbit edilib.

Yeni tariflər sadələşdirilmiş ekspertiza ilə əlaqədar Nazirlər Kabinetinin “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nda dəyişikliyi nəzərdə tutan Qərarı ilə eyni tarixdən qüvvəyə minəcək.

İclasda, həmçinin yeni dövlət qeydiyyatına alınan 158 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 57 dərman vasitəsinin qiymətinin yuxarı həddində qanunvericiliyə uyğun olaraq dəyişikliklər aparılıb.​

Qərar 8 dekabr 2023-cü il tarixindən qüvvəyə minir.

Qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

İclasda həmçinin, Şuranın 24.11.2011-ci il tarixli 4 nömrəli Qərarı Nazirlər Kabinetinin 05.09.2023-cü il tarixli 303 nömrəli Qərarına uyğunlaşdırılıb.​

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?