16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya İqtisadi Forumunun nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin hökümətlərlə əlaqələr üzrə rəhbəri Aytuğ Göksunün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi istiqamətində görülən işlər vurğulanıb, Dünya İqtisadi Forumu ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında rəqəmsal iqtisadiyyat, süni intellekt və digər sahələr üzrə layihələrin mövcud icra vəziyyəti və görüləcək işlər müzakirə olunub.

Tərəflər Bakıda keçirilən InMerge İnnovasiya Sammitinin və birbaşa rəqəmsal xarici investisiyalarla bağlı vörkşopun iqtisadiyyatda innovasiyaların tətbiqinin stimullaşdırılmasında əhəmiyyətini qeyd ediblər.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?