14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Tesla”nın həmtəsisçisi: “Azərbaycan “yaşıl enerji”yə keçidlə bağlı mühüm layihələr reallaşdırır”

“Biz işlənmiş akkumulyatorlardan dəyərli metalları toplayıb litium-ion batareyaları düzəldirik. Bu bizim dünyanın təbiətinə verəcəyimiz ən önəmli töhfələrdəndir. Azərbaycan neft sənayesində mühüm mövqeyə malik ölkələrdən biri olsa da, bu gün bərpa olunan enerji sahəsində də çox mühüm layihələr reallaşdırır. Son illərdə Azərbaycanın “yaşıl enerji”yə keçidlə bağlı reallaşdırdığı layihələr, həmçinin ölkəyə elektromobil idxalının artımı bunun sübutudur”.

Bunu ABŞ-nin “Tesla” korporasiyasının həmtəsisçisi və baş texnologiya direktoru Cefri Brayan Straubel (Jeffrey Brian Straubel) Bakıda keçirilən “InMerge Innovation Summit”in ikinci günündə bildirib.

Onun sözlərinə görə, neft sənayesində mühüm yeri olan ölkələrin əsas prioritetlərindən biri karbon emissiyasının azaldılması istiqamətində addımlar atmaqdır: “Burada əsas məqam karbon emissiyasının azaldılmasıdır. Bu isə texnologiyalar sayəsində mümkün olan bir prosesdir”.

Bütün dünyada “yaşıl enerji”yə keçidin önəmini vurğulayan Cefri Brayan Straubel Azərbaycanın bu istiqamətdə apardığı işləri yüksək qiymətləndirib.

“Geniş yayılmış elektrikləşdirmə sürət qazanır, bu da litium-ion batareyalara olan tələbatı artırır. “Tesla”dakı missiyamız bu prosesi sürətləndirməyə kömək etmək və elektrikli avtomobillər ətrafında həyəcan yaratmaq idi. Bunu görmək çox xoşdur, lakin hər şey çox tez baş verir və tədarük zəncirini qabaqlayır”, - deyə şirkətin baş texnologiya direktoru əlavə edib.

AZƏRTAC

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?