18 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

Bakıda keçirilən "InMerge Innovation Summit" çərçivəsində İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, SOCAR və “PAŞA Holdinq” arasında “Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə keçirilən imzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, SOCAR prezidenti Rövşən Nəcəf, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov iştirak ediblər.

Sənədə əsasən, tərəflər innovasiya və startap ekosisteminin inkişafı üzrə tədbirlərin keçirilməsi, layihələrin icrası, ilkin ideya mərhələsində olan startapların inkişafı üçün inkubasiya proqramlarının təşkili sahəsində əməkdaşlıq edəcək. Bundan başqa, startapların qlobal bazara çıxışı və akselerasiya proqramlarının keçirilməsi, təhsil müəssisələrində korporativ mühitə addım atmaq istəyən, biznesin əsas elementlərini daha dərindən qavramaq istəyən tələbələrə “Sahibkarlığa giriş” üzrə təlimlərin və innovasiya və startap ekosisteminin təbliği üçün “Bakı İnvestisiya Günü” (“Baku ID”) tədbirinin keçirilməsi istiqamətində razılığa gəlinib.

Anlaşma Memorandumunu İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov və “PAŞA Holdinq”in İnnovasiyalar şöbəsinin müdiri Fərrux Əliyev imzalayıblar.

AZƏRTAC

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?