7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il startapların sayı 3 dəfə artıb

“Ötən illə müqayisədə bu il startapların sayı 3 dəfə artıb”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “InMerge Innovation Summit”də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hökumətlər sənaye, elmi dairələr və startaplar arasında əlaqələrin gücləndirilməsi istiqamətində işlər görməlidirlər.

“Xalqımızın innovasiyaların öncüllüyündə böyük tarixçəsi var. Azərbaycan öz unikal mədəni tarixini qorumaqla innovasiyaların mənimsənilməsi istiqamətində öz səylərini göstərir. Texnoloji parkların yaradılması, əlverişli biznesin yaradılması sahəsində bütün sektorlarda innovasiyalara nail olmuşuq, BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri üçün kompleks tədbirlər nəzərdə tutulur. Milli prioritetlərimizdən biri də təmiz mühit və yaşıl artım ölkəsinin yaradılmasıdır. Hər bir xalqın rifahı üçün təhsilin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hökumət tərəfindən gənclərin dünyanın ali təhsil müəssisələrində təhsil alması üçün əlverişli mühit yaradılıb. Gənclərin İKT sahəsində bacarıqlarının inkişafı üçün təqaüdlər verilir", - deyə Ş.Mövsümov qeyd edib.

AZƏRTAC

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?