15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ödənişlərdə “ağıllı” cihazlardan istifadə sürətlə artır

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda POS-terminallar vasitəsilə ödənişlərdə “ağıllı” cihazlardan istifadə 27% təşkil edib.

"vergiler.az" xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov media nümayəndələri üçün təşkil olunmuş "Ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizlik" mövzusunda təlimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, rəqəmsal ödənişlərdə kartlardan istifadə artdıqca kiberdələduzların da bu sahəyə marağı artır: “Bu isə o deməkdir ki, biz təhlükəsizlik tələblərini daha çox diqqətdə saxlamalıyıq. Kiberhücumların baş tutmasında vətəndaşların maliyyə savadlılığının aşağı olması mühüm faktorlardan biridir. Nağdsız ödənişlərdən istifadə edən əhalinin, xüsusi hədəf qruplarının bəzi təhlükəsizlik qaydalarını bilməməsi onların vəsaitlərini itirməsi riskini artırır. Bu baxımdan, vətəndaşlar qarşı tərəfin bank nümayəndəsi və ya dələduz olmasını müəyyən etmək üçün bəzi kritik məqamlara diqqət yetirməlidirlər. Fırıldaqçıların əldə etmək istədikləri həssas məlumatlar vətəndaşın şəxsi, bank və kart məlumatlarıdır. İstifadəçilər həmin məlumatların sorğulanması zamanı qarşı tərəfin fırıldaqçı olduğunu müəyyən edə bilərlər”.

Kiberhücumlardan qorunmaq üçün banklara xüsusi tələblərin olduğunu deyən AMB rəsmisi hazırda gücləndirilmiş müştəri autoindentifikasiya qaydalarının hazırlandığını bildirib. Əlavə edib ki, yeni qaydalarda ödənişlərlə bağlı banklara müəyyən limitlər qoyulacaq: “Məsələn, müştəri təmassız ödənişlərdən istifadə edə bilər, lakin emitent bank öz riskini qiymətləndirirək əməliyyatlara və ya gündəlik ödəniş məbləğlərinə limit tətbiq edə biləcək. Əgər əvvəllər məqsədimiz nağd ödənişlərin kart ödənişləri ilə əvəz olunması üçün vətəndaşlar arasında maarifləndirici tədbirlər aparmaq idisə, hazırda nağdsız ödənişlərin kart olmadan, yəni “ağıllı” cihazlar vasitəsilə həyata keçirilməsini təşviq edirik”.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?