14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB-ların 19 layihəsinin maliyyələşdirilməsi üçün qrant ayrılacaq

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş dördüncü qrant müsabiqəsinin nəticələri açıqlanıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, Agentlik tərəfindən keçirilən müsabiqəyə təqdim edilmiş 382 layihədən 19-nun maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaq.

Layihələrin ekspertizası məqsədilə yaradılan Ekspert Komissiyasının noyabrın 29-da keçirilən iclasında qeyd edilib ki, müsabiqəyə 369-u KOB subyekti və 13-ü qeyri-sahibkarlıq subyekti olmaqla ümumilikdə 382 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 163-ü hüquqi, 206-sı fiziki şəxslərə, o cümlədən 357-si mikro, 12-si kiçik sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunan layihələrdən 178-si təhsil, 23-ü elm, 51-i tədqiqat, 130-u dəstək layihələridir.

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 4-cü qrant müsabiqəsinə sənəd qəbulu 14 avqust-13 sentyabr 2023-cü il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 15 sentyabr-14 noyabr 2023-cü il tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?