13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan şirkətləri Tacikistanda keçirilən sərgilərdə aktiv iştiraka dəvət edilir

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Tacikistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Camşed Cumaxonzoda ilə görüşüb.

Agentlikdən verilən məlumata görə, görüşdə Yusif Abdullayev AZPROMO-nun fəaliyyət istiqamətləri, ölkə iqtisadiyyatına qeyri-neft investisiyalarının cəlb olunması çərçivəsində görülən işlər haqqında məlumat verib. Tərəflər SPECA Həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilmiş "SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf naminə regional əməkdaşlıq” tədbirinin əhəmiyyəti haqqında fikirlərini bölüşüblər. İkitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən ticarət mübadiləsinin artırılması perspektivlərinə dair fikir mübadiləsi aparılıb, bu istiqamətdə sentyabr ayında AZPROMO-da olan Tacikistanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirinin fəaliyyəti yüksək qiymətləndirilib.

Camşed Cumaxonzoda təmsil etdiyi qurumun Tacikistanda ən böyük təşkilat olduğunu bildirərək, Palata haqqında ətraflı məlumat verib, Palatanın fəaliyyətini tənzimləyən qanuna gözlənilən dəyişikliklərin edilməsi haqqında danışıb. Palatanın sədri Tacikistanın ölkə stendi ilə təmsil olunduğu SPECA Sərgisinin yüksək səviyyəli təşkilatçılığını qeyd edərək, sözügedən təşəbbüsün ölkələr arasında tərəfdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli platforma kimi xidmət etdiyini diqqətə çatdırıb.

Görüşdə mövcud birgə müəssisələrin, xüsusilə açılışı 2021-ci ildə Düşənbədə baş tutan kompozit boru istehsalı zavodunun fəaliyyəti vurğulanıb. Sonda Camşed Cumaxonzoda AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətlərini Tacikistanda keçirilən sərgilərdə aktiv iştirak etməyə dəvət edib.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?