15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yevlax Pilot Aqroparkının ərazisində yeni aqrobağlar salınır

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkının ərazisində yeni aqrobağlar salınır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Yevlax Pilot Aqroparkının rezidenti “İSFA” MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.

Onun sözlərinə görə, hazırda Yevlax Pilot Aqroparkının ərazisində 40 hektar xurma bağı, 50 hektara yaxın nar bağı, 35 hektar şaftalı, nektarin və ərik bağı salınır. İSFA tərəfindən salınan bu bağlar müqavilələrə uyğun olaraq hazırlanıb sahibkarlara təhvil veriləcək. Bundan əlavə, İSFA özü uçun 20 hektar şaftalı, nektarin və ərik bağı salır: “Artıq bu işlərin 40 faizə qədəri icra olunub. Suvarma sistemlərinin, demək olar ki, 80 faizi çəkilib. Tinglərin əkilməsi üçün çalalar hazırdır. Dekabrın 10-15-dən sonra bu ərazilərdə tinglərin əkilməsinə başlanılacaq”.

S.Xeyirbəyov qeyd edib ki, bu il ərzində İSFA aqroparkın ərazisində sahibkarlar üçün 145 hektar bağ salıb.

O əlavə edib ki, İSFA-nın aqroparkda ümumilikdə 60 hektar ərazisi var. Bu ərazinin 20 hektarında bağ salınıb, 10 hektar sahədə isə tingçilik təsərrüfatı yaradılıb. Bu il əlavə olaraq yenidən 20 hektar ərazidə bağ salınacaq, 6 hektar sahədə isə yeni tingçilik təsərrüfatı yaradılacaq. Bu, həmin ərazidə 700 min ədəd tingin əkilməsi deməkdir. 2024-cü ildə İSFA-nın satış üçün 1,5 milyon ədəd tingi olacaq.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?